Azadsöz.az xəbər verir ki, “Azərişıq” ASC-nin əməkdaşları “Laçın dəhlizi”nin elektrik enerjisi ilə təmin edilməsi istiqamətində işlərə başlayıblar.
Qeyd edək ki, işçilərin təhlükəsizliyini isə Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları qoruyur.
Xatırladaq ki, təchizat işləri “Azərişıq Qarabağda” layihəsi çərçivəsində həyata keçirilir.