23 Noyabr 2024 05:09

Prezident Administrasiyasına yeni səlahiyyət verildi

Azadsöz.az xəbər verir ki, Prezident Administrasiyası İAMAS sistemindən vətəndaşların şəxsiyyət vəsiqələri, ölkəyə gələn şəxslərin pasportları və digər sərhəd keçmə sənədləri, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq hüququnu təsdiq edən sənədləri də sorğulaya biləcək.

Bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.

Osman Gündüz xatırladıb ki, bu gün Prezident 2008-ci ildə qəbul edilən “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”yə dəyiklik edilməsi haqqında fərman imzalayıb:

“Dəyişikliyə əsasən, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemindən (İAMAS) informasiya əldə edə bilən dövlət qurumlarının siyahısı genişləndirilib. Belə ki, Prezident Administrasiyası da İAMAS  sistemindən vətəndaşların şəxsiyyət vəsiqələri, ölkəyə gələn şəxslərin pasportları və digər sərhəd keçmə sənədləri, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq hüququnu təsdiq edən sənədləri də sorğulaya biləcək. Fərmana görə, bu səlahiyyət Prezident Administrasiyasına vətəndaşların müraciətlərinə baxılması, şəxslərin qəbulunun təşkili, əfvetmə, təltif, işçilərin şəxsi işlərinin elektron qaydada aparılması məqsədilə verilib”.

Onun sözlərinə görə, adıçəkilən əsasnamədə çox sayda dövlət qurumlarının İAMAS-a vətəndaşlar haqqında hansı məlumatları daxil edəcəyi və  hansı məlumatları da İAMAS-dan ala biləcəyi qeyd edilib:

“Ölkənin ən nəhəng informasiya sistemi olan İAMAS-ın operatoru Daxili İşlər Nazirliyidir”.

Ankara escort İstanbul Travesti Shemale İstanbul