Azadsöz.az xəbər verir ki, sabahdan başlayaraq 3 gün ərzində Bakının Yasamal rayonunun Bəsti Bağırova küçəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Məlumata görə, buna səbəb aparılacaq təmir işləridir. Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.