Azadsöz.az xəbər verir ki, Bakıda Türkiyə bayrağına hörmətsizlik edən Fuad İsmayılov həbs edilib.
Bu barədə qərar Nizami Rayon Məhkəməsində çıxarılıb.
Qərara əsasən, F.İsmayılov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsi ilə təqsirli bilinib və o, 30 sutka inzibati qaydada həbs olunub.