Azadsöz.az xəbər verir ki, sabahdan başlayaraq Bakının Xətai rayonunun 8 Noyabr prospektində hərəkət hissə-hissə məhdudlaşdırılacaq.
Bu barədə Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Məlumata görə, prospekt boyunca asfalt-beton örtüyünün deformasiyaya uğramış hissələrinin təmiri davam etdiriləcək. İşlərin aparıldığı müddətdə prospektdə hərəkət iş aparılan zolaq üzrə (digər hərəkət zolaqları açıq qalacaq) hissə-hissə məhdudlaşdırılacaq.
“Bu üzdən sürücülərdən prospektdə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur”, – deyə qurum bəyan edib.