Təhsil Nazirliyi Ağstafa rayonunun Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru Mətanət Məmmədovanın sosial şəbəkələrdə yayılan səs yazısı ilə bağlı araşdırmalar aparır.
Bu barədə Azadsöz.az-a nazirlikdən bildirilib.
“Görülən tədbirlə bağlı qısa zamanda ictimaiyyətə məlumat veriləcək”, – nazirlikdən qeyd olunub.
****
12:05
Azadsöz.az Oxu.Az-a istinadən xəbər verir ki, Ağstafa Rayon Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktorunun rüşvət istəməsi ilə bağlı səs yazısı yayılıb.
Məktəb direktoru Mətanət Məmmədova müəllimdən əlavə dərs saatları müqabilində hər ay ona pul verməsini tələb edir.
V. Məmmədova isə pulu vermək üçün imkanının olmadığını bildirib.
Daha sonra direktor müəllimi otaqdan qovub və məsələ barədə danışacağı təqdirdə başına oyun açacağını bildirib.
Həmin səs yazısını təqdim edirik: