Azadsöz.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işsiz şəxslərin əmək bazarının tələblərinə uyğun sahələr üzrə peşə hazırlığına cəlb olunması istiqamətində işləri davam etdirir.
Görülən işlərin davamı olaraq Göyçay Peşə Hazırlığı Mərkəzi və Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutu “Meyvəçi usta” proqramı üzrə peşə hazırlığı kurslarının təşkilinə başlayacaq.
Bu məqsədlə imzalanan əməkdaşlıq müqaviləsinə əsasən görüləcək işlər müzakirə olunub və peşə hazırlığı kurslarının başlanması üçün təlim vəsaitlərinin çap olunmasına və institutun Göyçayda yerləşən Dayaq Məntəqəsində kiçik nümayiş bağlarının yaradılmasına dair razılığa gəlinib.
Əməkdaşlıq çərçivəsində Göyçay Peşə Hazırlığı Mərkəzinin müdavimləri institutun bir sıra layihələrinin icrasına qoşulacaq və işlə təmin olunacaqlar.