Azadsöz.az xarici KİV-ə istinadən xəbər verir ki, Sakit Okeannın cənub-qərbində yerləşən Papua-Yeni Qvineyada ölüm hökmü ləğv edilib.
Ölkədə ölüm hökmünə məhkum edilənlərin hamısının cəzası amnistiya hüquq olmadan 30 il müddətinə ömürlük həbs cəzası ilə əvəz olunub.
Bildirək ki, Papua-Yeni Qvineyada 1984-cü ildə qəbul edilmiş ölüm cəzası qatillərə, təcavüzkarlara, quldurlara, habelə dövlətə xəyanətdə ittiham olunan şəxslərə tətbiq olunurdu.
Ada ölkədə edam hökmü asılma üsulu ilə həyata keçirilirdi.