Azadsöz.az xəbər verir ki, 28 dekabr 2021-ci il tarixdə Rayon icra Hakimiyyətinin başçısı şəhid və qazi övladları üçün təşkil olunmuş “Yeni il şənliyi”ndə iştirak edib.Tədbirdə şəhid və qazi ailələrinin üzvləri, övladları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Yeni il şənliyi 2019-cu ildə Heydər Əliyev Fondu tərəfindən inşa olunmuş 8 nömrəli Göyçay şəhər uşaq bağçası-körpələr evində keçirilib.
Tədbirdə çıxış edən Rayon icra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə- tədbir iştirakçılarını qarşıdan gələn yeni 2022-ci il və Dünya Azərbaycanlılarının həmrəyliyi günü münasibətilə təbrik edərək qeyd edib ki, müqəddəs vətən müharibəsi zamanı xalqımız birlik və həmrəylik nümayiş etdirərək tarixi Qələbəmizi daha da inamlı etdi.
Ümummilli Lider Heydər Əliyev bu tarixi günün təsis edilməsi ilə bağlı dediyi “Dünya azərbaycanlılarının həmrəyliyi gününün dövlət bayramı kimi qeyd edilməsi, xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq xoş ənənəyə çevrilməsi, qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişinin, tərəqqisinin və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümüd anıdır” fikrini tədbir iştirakçılarına xatırlatdı.
Daha sonra tədbir Şaxta baba və Qar qızın, şən klounların və məktəblilərin maraqlı rəqsləri ilə davam edib.