Azadsöz.az xəbər verir ki, bu gün Göyçay rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin yeni direktoru Yaşar Mail oğlu Əhmədov təyin olunub.
Xatırladaq ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Yaşar Əhmədov kollektivə təqdim edilib.
Qeyd edək ki, 3 dekabr 2021-ci il tarixdə Göyçay rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Elçin Bilalov tutduğu vəzifədən azad edilib.