Azadsöz.az xəbər verir ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı rayonun Ləkçıplaq kəndində Ələddin Kərimova məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində təşkil edilən toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb.
Polis əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilən zaman müəyyən edilən say həddindən artıq qonağın iştirak etdiyi, eləcə də bəzilərinin COVID-19 pasportu olmadığı məlum olub. Aşkarlanmış qayda pozuntuları ilə bağlı Ə.Kərimov inzibati məsuliyyətə cəlb olunaraq cərimələnib.