Azadsöz.az xəbər verir ki, son günlər sosial şəbəkələrdə Göyçay rayonu Ə.Q.Qantəmir adına 9 nömrəli tam orta məktəbin acınacaqlı vəziyyəti ilə bağlı xəbərlər yer almaqdadı.Sovet dönəmindən bu günə kimi qəzalı halda olan məktəb artıq tarixə qovuşmaq üzrədir.
Belə ki, məktəbin pəncərələri qırılıb, tavanı və döşəməsi çürüyüb.Məktəbin problemləri bununla da bitmir, qış aylarında yağan yağış suları otaqlara dolur. Belə bir şəraitdə təhsil alan şagirdlərimizin gələcəyin ən peşəkar kadr olması arzusunu sual altında qoyur.
İnanır ki, tezliklə Göyçay rayon Təhsil Şöbəsi məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət edəcək.Unutmayaq ki, təhsilimizin inkişafı düzgün xidmətdən aslıdır.
Azadsöz.az olaraq, qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.