19 May 2024 00:35

Şəhid Həsən Bayramovun anım günüdür

Azadsöz.az  xəbər verir ki, bu gün şəhid Həsən Bayramovun anım günüdür. Həsən Ağaisa oğlu Bayramov 2001-ci il iyunun 22-də Göyçay rayonunda anadan olub.2019-cu il, iyulun 3-də hərbi xidmətə çağırılıb. Vətən müharibəmiz başlayanda Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib.

2020-ci il oktyabrın 1-də Tərtər-Ağdərə istiqamətində hərbi əməliyyatlar zamanı düşmən mərmisinin partlaması nəticəsində qəlpə yarası alıb və şəhadətə qovuşub.13 dekabr 2020 ci ildə  Göyçay Şəhidlər Xiyabanında dəfn olunub.

Qeyd edək ki,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən,  Həsən Bayramov ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, ”Cəsur döyüşçü”, “Vətən uğrunda” medalları ilə təltif edilib.