Azadsöz.az xəbər verir ki, Rusiya XİN ABŞ-ın Moskvadakı səfirliyinə etiraz notası təqdim edib.
Sənəddə NATO-nun müəyyən fəaliyyətlərinin təhlükəli nəticələri barədə rəsmi Vaşinqtona xəbərdarlıq edilib.
Nazirlik bəyan edib ki, Rusiya ABŞ və NATO-nun öz sərhədləri yaxınlığındakı hərəkətlərinə cavab vermək hüququnu özündə saxlayır və bu hərəkətlərə son qoyulmazsa, onların qarşısını almaq üçün bütün mümkün vasitələrdən istifadə ediləcək.