06 May 2024 18:19

Fərqliliyimiz Uğurumuzdur

Taleh Ziyadov bu federasiyaya prezident seçildi

Azadsöz.az xəbər verir ki, Azərbaycan Badminton Federasiyasına yeni prezident seçilib.Bununla bağlı federasiyasının Ümumi yığıncağının növbədənkənar iclası keçirilib. İclasda gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Daha sonra Azərbaycan Badminton Federasiyasının İdarə Heyətinə yeni seçki keçirilib. “Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru Taleh Ziyadov federasiyanın yeni prezidenti seçilib.