22 Noyabr 2024 01:47

Hüseyn Cavidlə bağlı nadir arxiv kadrlar yayıldı-VİDEO

Azadsöz.az xəbər verir ki, Azərbaycan Televiziyası böyük şair və dramaturq Hüseyn Cavidin vəfatının 80-ci ilində onunla bağlı nadir arxiv kadrları yayımlayıb.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə məlumatına görə, TV-nin yeni yaradılmış “AzTV tarix” adlı yutub kanalında yayımlanan videoda H.Cavidin nəşinin Azərbaycana gətirilməsi əks olunub.Kadrlar 1982-ci ilə aiddir.Ulu öndər Heydər Əliyev 1982-ci ildə – Hüseyn Cavidin anadan olmasının 100 illiyində onun İrkutskdakı məzarının aşkar edilməsinə və cənazəsinin qalıqlarının oktyabrın 26-da Azərbaycana gətirilməsinə nail olub.Görüntülərdə H.Cavidin nəşinin təyyarədən düşürülməsi, onunla vida mərasimi əks olunub. Videodan dahi şəxsiyyətin vida mərasiminə yüzlərlə insanın gəldiyi görünür.Ulu öndər Heydər Əliyevin Hüseyn Cavidin vida mərasiminə gəldiyi, onun qızı Turan Cavidlə söhbət etdiyi arxiv kadrlar da videoda yer alıb.
Xatırladaq ki, Hüseyn Cavid 1882-ci il oktyabrın 24-də Naxçıvanda anadan olub.
O, 1938-ci ildə şərlənərək həbs olunub. 9 iyun 1939-cu ildə şair 8 il islah əmək düşərgəsinə məhkum edilib. O, 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunda əlillər xəstəxanasında dünyasını dəyişib. Şevçenko kəndindəki qəbiristanlıqda 59 saylı qəbirdə dəfn olunub. 1956-cı ildə bəraət alsa da, onun nəşini Azərbaycana gətirmək mümkün olmayıb.1982-ci ildə Ulu öndər Heydər Əliyevin göstərişi ilə Hüseyn Cavidin məzarının tapılması, nəşinin Azərbaycana gətirilməsi ilə bağlı qərar qəbul edilib. Uzun sürən axtarışlardan sonra qəbri tapılıb, cənazəsi 1982-ci il oktyabrın 26-da Bakıya gətirilib. H.Cavidlə vida mərasimi baş tutub. Daha sonra isə Naxçıvana aparılıb, 1982-ci il noyabrın 3-də böyüyüb boya-başa çatdığı evinin qarşısında dəfn edilib.

Onu da bildirək ki, “AzTV tarix” yutub kanalında AzTV-nin arxivində yer alan unikal sənədli filmlər, görüntülər yayımlanır.

 

 

 

İstanbul trv istanbul travestileri