Azadsöz.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə millisinin və “Lill”in futbolçusu Burak Yılmazın karyerasını bitirmək istədiyi klub məlum olub.36 yaşlı hücumçu son klubunun “Adana Demirspor” olmasını planlaşdırır. Burakın atası adanalı olduğuna görə o, bu komandaya xüsusi rəğbət bəsləyir.
Qeyd edək ki, Burak ötən mövsüm “Lill”in heyətində Fransa çempionu olub. O, bu mövsüm 18 oyunda 4 qol vurub və 4 qolun ötürməsini verib.