Azadsöz.az xəbər verir ki, “Daxili ada” filmi Azərbaycan Kinematoqrafçılar Birliyi tərəfindən “Xarici dildə ən yaxşı film” nominasiyasında “Oskar” mükafatına namizəd kimi irəli sürülüb.
Tanınmış jurnalist Natavan Osmanlı filmin ssenari müəllifi və rejissoru Rüfət Həsənov ilə həmsöhbət olub.
Ekran əsərinin yaradıcısı filmin əsasını bir növ real hadisələrin təşkil etdiyini bildirib. O, baş qəhrəmanın həm xarici görünüşü, həm də daxili aləmi baxımından məşhur sovet-amerikan şahmatçısı Qata Kamskini xatırlatdığını vurğulayıb.