Azadsöz.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulun Çatalca səmtində külək saat qülləsini aşırıb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.
Qeyd edək ki, təbiət hadisəsi zamanı Türkiyədə 4 nəfər ölüb, 19 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.