22 Noyabr 2024 02:13

“Nizami Gəncəvinin qəzəlləri və kəlamları” kitabı təqdim olunub

Azadsöz.az  xəbər  verir  ki, Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə fransız dilində nəşr olunan “Nizami Gəncəvinin qəzəlləri və kəlamları” adlı kitabın təqdimatı olub.Təqdimat “Nizami Gəncəvi: Mədəniyyətlər Arasında Körpü” mövzusunda keçirilən Nizami Gəncəvi Beynəlxalq Forumu çərçivəsində baş tutub.

Təqdimat mərasimində Praktiki Ali Tədqiqatlar Məktəbinin doktoru, Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin tədqiqatçısı, İslamşünas alim Kərim İfrak, Azərbaycanda Fransız İnstitutunun icraçı direktou Conatan Hakan Ünlü, Azərbaycan Dillər Universitetinin Fransız dili leksikologiyası və üslubiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru Gülnarə Sadıxova kitab haqqında fikirlərini bildiriblər.

Qeyd edək ki, kitaba mərhum Azərbaycanlı professor, filologiya elmləri doktoru Əli Musayev tərəfindən 1990-cı illərdə fransız dilinə tərcümə olunmuş Nizami Gəncəvinin 50 qəzəli və 50 kəlamı daxil edilib.

Kitabın çapı Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən maliyyələşdirilib və Fransada çap olunub (apa)

İstanbul trv istanbul travestileri