Azadsöz.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işsiz şəxslərin əmək bazarının tələblərinə uyğun sahələr üzrə peşə hazırlığına cəlb olunması istiqamətində işləri davam etdirir.
Görülən işlərin davamı olaraq Göyçay Peşə Hazırlığı Mərkəzində “Ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar”, “Meyvəçilik və bağçılıq üzrə aqronom” (kiçik aqronom) və aşpaz peşələri üzrə kurslar təşkil ediləcək.
Qeyd edilən peşə ixtisası üzrə kurslara müraciət etmək istəyən işsiz şəxslər 15 dekabr 2021-ci il tarixinə kimi Göyçay Peşə Hazırlığı Mərkəzinə müraciət edə bilər. Müraciətlər həm şifahi, həm də onlayn formada qəbul edilir.
Qeyd edək ki, işsiz şəxslər bu müraciət bölməsinə daxil olmaqla (https://dma.gov.az/vetendaslar-ucun-muraciet-formasi )qeydiyyatdan keçə bilərlər.
Ünvan: Göyçay Peşə Hazırlığı Mərkəzi, Göyçay şəhəri, Rəsul Rza 70
Telefon: 070 625 23 45