Azadsöz.az xəbər verir ki, “Milan”ın hücumçusu Zlatan İbrahimoviç yeni rekorda imza atıb.
İsveçli forvard A seriyasının son turunda “Fiorentina” ilə səfər matçında dubl edib. Bununla da o, A seriyasında dubl edən ən yaşlı oyunçu kimi turnirin tarixinə düşüb. Zlatan bunu 40 yaş 48 günlüyündə bacarıb.
Qeyd edək ki, görüş “Fiorentina”nın 4:3 hesablı qələbəsi ilə başa çatıb və bu, “Milan”ın mövsümdə ilk məğlubiyyəti olub.