26 Aprel 2024 15:41

Fərqliliyimiz Uğurumuzdur

Nizami Gəncəvi Beynəlxalq Ədəbiyyat Festivalı başlayır-TARİX

Azadsöz.az  xəbər  verir ki, noyabrın 15-də Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş Nizami Gəncəvi Beynəlxalq Ədəbiyyat Festivalı başlayır.

Mədəniyyət Nazirliyinin məlumatına əsasən, noyabrın 26-dək davam edəcək festival çərçivəsində Bakı və Gəncə şəhərlərində bir sıra tədbirlər – elmi konfranslar, teatr tamaşaları, konsertlər, kitab və rəsm sərgiləri keçiriləcək.

Festival Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Gəncə Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Nizami Gəncəvi Mərkəzi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.