Azadsöz.az xəbər verir ki, 08 noyabrda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn şəhid Aslan Elman oğlu Əliyevin ildönümü məzarı önündə qeyd olunub.
Tədbirdə iştirak edən Rayon İcra Hakimiyyətinin başçısı, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri şəhidin ailə üzvləri, dindarlar, ağsaqqallar şəhidin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.
Həmçinin tədbirdə şəhidin keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışıldı. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib.