16 Sentyabr 2024 22:55

Ərdoğan Azərbaycanla bağlı paylaşım etdi

Azadsöz.az  xəbər  verir  ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilanın Ağalı kəndində Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransındakı bəyanatında səsləndirdiyi fikri özünün “Twitter” səhifəsində paylaşıb.

“Azərbaycan bütün dünyaya örnək olacaq inkişaf modeli ilə işğaldan azad edilən bölgələrin tərəqqisi üçün fəaliyyətini davam etdirir. Türkiyə olaraq, biz də üzərimizə düşəni etməkdə, qardaş Azərbaycana bütün imkanlarımızla dəstək olmaqda davam edəcəyik”, – Türkiyə dövlət başçısı qeyd edib.