Azadsöz.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başlayıb.Dövlət başçısının təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına enib.
Qeyd edək ki, Ərdoğan Prezident İlham Əliyevlə Füzuli aeroportunun açılışına qatılacaq, bölgədə salınacaq avtomobil yolu və Zəngilanda “Ağıllı aqropark”ın təməlqoyma mərasimində iştirak edəcək.
Səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə-Azərbaycan əlaqələri gözdən keçiriləcək, iki ölkə arasındakı əməkdaşlığın daha da dərinləşdirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq.
Görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı, regional və beynəlxalq məsələlər haqqında fikir mübadiləsinin aparılması planlaşdırılır.