Azadsöz.az xəbər verir ki, bu gün 44 günlük Vətən Müharibəsində şəhid olan Toğrul Hacıyevin anım günüdür. Toğrul Siyavşah oğlu Hacıyev 1991-ci il fevralın 4-də Göyçay rayonunun Çayarxı kəndində anadan olub.1997-2006-cı illərdə Çayarxı kənd ümumi orta məktəbdə 9 illik təhsil aldıqdan sonra rayondakı 106 saylı peşə məktəbinə daxil olur.
Toğrul Hacıyev 2009-2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.Hərbi xidmətdən qayıtdıqdan sonra Göyçay AzNar” QSC -də raktorçu işləyib.Gülnarə xanım ailə qurub.Bu evlilikdən 2017-ci ildə Ləman, 2019-cu ildə isə Tunar dünyaya gəlib.
Toğrul Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən Müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.Toğrul Hacıyev oktyabrın 25-də Xocavənd döyüşləri zaman şəhid olub. Göyçay rayonu Çayarxı kəndində dəfn olunub.
Qeyd edək ki, Prezident İlham Əliyevin 15.12.2020-ci il , 24.12.2020-ci il və 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, Toğrul Hacıyev ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.