Azadsöz.az xəbər verir ki, ötən gün Niderlandin Haaqa şəhərində Valliant teatrında “ Ana vətən” Avropa Azərbaycanlı qadınlar birliyinin təşkilatçılığı, AR Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Şuşaya 28 il sonra qayıdışdan bəhs edən REAL TV-nin Avropa bürosunun rəhbəri Xatırə Sərdarqızının “28” filminin təqdimatı keçirilib.
Təqdimatda Azərbaycanın Niderlanddakı fövqaladə və səlahiyyətli səfiri Fikrət Axundov, Azərbaycanı sevən Niderlanddılar, dost təşkilatlar iştirak ediblər.
Təqdimatın giriş sözü ilə “ Ana vətən” Avropa Azərbaycanlı qadınlar birliyinin sərdi Mayisə Agamirzəyeva açıb. Daha sonra Azərbaycanın bu ölkədəki səfiri Fikrət Axundov tədbirin təşkilatçılarına təşəkkür edərək, xarici qonaqlara Azərbaycan və Şuşa haqqında məlumat verib.
Sonra filmin müəllifi Xatirə Sərdarqızı 28 illik Şuşa həsrətindən danışaraq Birinci Qarabağ müharibəsində uşaqların aldıqları travmalardan bəhs edib.
O, Şuşadakı evlərinə getdiyini deyərək, hər kəsi “28 “ filminə baxmaga dəvət edib.
Filmdən sonra tədbirdə iştirak edən qonaqlar film haqqında təəsüratlarini bölüşüblər.
Qeyd edək ki, Niderlandin “ FOR YOU” jurnalının bu aykı sayında Xatirə Sərdarqızının “28” filmindən və onun itirdiyi uşaqlığından bəhs edən məqalə yayımlanacaq.