Azadsöz.az xəbər verir ki, bu gün 44 günlük Vətən Müharibəsində şəhid olan Qismət Qasımovun ildönümüdür. Qismət Yolçu oğlu Qasımov 1993-cü ildə martın 5-də Göyçay rayonunun Məlikkənd kəndində anadan olub. Qismət Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən Müharibəsində iştirak edib.
Qismət Qasımov 2020-ci il oktyabrın 25-də Ağdərə-Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub.Göyçay rayonunun Şıxbəy kəndində dəfn olunub.
Qeyd edək ki, Prezident İlham Əliyevin 15.12.2020-ci il, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qismət Qasımov ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.