24 Noyabr 2024 19:16

“Masaüstü yazılar”-Hekayə/ Səbuhi Eltonlu

Azadsöz.az  xəbər  saytının  təsisçisi,baş  redaktoru, jurnalist  və  yazar Səbuhi  Eltonlunun  “Masaüstü yazılar”  hekayəsini  təqdim  edirik:

 

  “Masaüstü yazılar”


Sentyabrın  15-i, ilk  dərs   günü  idi.Hamı  kimi  Nurlan da həyəcanlı idi.Bir yandan  qəbul  olduğu   ali  təhsil  ocağı, bir yandan  da  tanış   olacağı  tələbə  yoldaşları  onu  çox  sevindirirdi.Auditoriyaya  daxil  olub, masaların  birində  əyləşdi. İlk  dərs  günü  olduğu üçün  tələbə  yoldaşlarının   heç  biri  ilə tanış   deyildi. Sanki  tənha  bir   adaya   düşmüşdü.Çox  keçmədi  ki,  özünə  həmsöhbət  tapdı. Bu da  taxta  parçasından hazırlanmış  yazı  masası  idi. Onu  özünə  çəkən   masanın  üstündəki   yazılar  oldu. Düşündü ki,tələbələrin  yaddaşından  məktəb  çağları   hələ də   silinməyibdi. Axı, bu  cür   hadisələr  məktəb  çağlarında   baş   verir.Masaya  yaxınlaşıb,üstündəki  yazıları  oxumağa   başladı.  ”Mən  bir qızla tanış   olmaq  istəyirəm”. İmza:  Fərid. “Pulu,maşını,yaxşı  işi  olan  bir oğlanla tanış  olmaq  istəyirəm”.İmza: Vüsalə. ”Az  Xuraman   sabah dəftərimi    gətir   çıxar”.İmza: Nərgiz.”Məlahət! sən  öl  Könülü  yığıram  düşə  bilmirəm ona denən məni  görsün”. İmza: Günel. “Örtülmüş    ömür   kitabımı  açma,  hər  səhifəsi   bir-bir    oxunub”.İmza: Bəxtsiz insan. “Səni  necə   sevdiyimi  səndən    sonra  bildim”.İmza: Tural. Yazılanları   oxuduqca   bəzisinə   gülüb,  bəzisinə də   təəssüflənirdi.Bu   yazılar  ona  televiziya   kanallarında  gedən   mesajları   xatırladırdı.Bu  yazıların  içindəki  bir  yazı   diqqətini  daha  da   cəlb  etdi. Diqqətlə  oxumağa   başladı. “Bir  gün  əlindən  tutmaq  istədim  kədərin  toxundu  əlimə.Bir  gün   tellərini  oxşamaq  istədim  hicranın  toxundu  əlimə.Hər dəfə   səni   görmək   istəyəndə   göz  yaşları   çıxdı   qarşıma.Olanları  ötəri   günlər  kimi  unutdum, ancaq  səni  unuda    bilmədim.Bağışla  məni”. İmza:  Unudulmuş  illər. Bu  yazını   yazanın  kimliyini  öyrənmək  üçün cibindən  qələmini çıxarıb  yazı  masasına  ürəyindən  keçən  sözləri   yazdı: “Siz  mənim  hisslərimi   masaya   köçürmüsünüz .Sizinlə  tanış   ola   bilərəm”.İmza:  Ümid   gözləyən.Zəngin  vurulmağı   sanki   yazının   bitməsini   gözləyirdi.Zəng   vuruldu.Dərs  bitdi.Səhəri    səbrsizliklə   gözlədi.Səhər   tez   universitetə  gəlib,auditoriyaya   daxil   olaraq  masaya   yaxınlaşıb, oxumağa   başladı. “Mənim  ümidlərim  çoxdan  ölüb.Bu  yazı     isə   ölmüş  xatirələrin   səsidi”.  İmza: Unudulmuş  illər.Nurlan yazıya  cavab  heç  bir  söz  yazmadı. Çünki,  qaysaq  bağlamış  yaranı   qoparmaq    istəmədi.

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul