Azadsöz.az xəbər verir ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göyçay nümayəndəliyi tərəfindən “İngilis dili klubu” fəaliyyətə başlayıb.Kluba üzv olan gənclər “İngilis dilinin fonetikası ” mövzusunu öyrənirlər. Kursun məqsədi gənclərdə ingilis dili bacarıqlarının artırılması və dil vərdişlərinin təkmilləşdirilməsidir.
Qeyd edək ki, dərslər hər həftənin cümə axşamı saat 11:00-da keçirilir və ödənişsizdir.