Azadsöz.az xəbər verir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.
Dəyişlikliyə əsasən, qanunun üçüncü maddəsinə bu hissə əlavə edilir:
– sosial iş yerlərinin və işsiz şəxslərin özünüməşğulluğunun, habelə peşə hazırlığının təşkili zamanı onlara üstünlük verilir.