Azadsöz.az xəbər verir ki, Prezident İlham Əliyevin kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələri uğurla həyata keçirən AFFA, ölkəmizin müxtəlif bölgələrində “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsini həyata keçirməkdədir.Layihə çərçivəsində təşkil olunan növbəti tədbir bu gün AFFA-nın və Göyçay Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Göyçayın Qarabaqqal kəndində keçirilib.
Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti və Milli Məclisin deputatı Rauf Əliyev, deputatlar Arzu Nağıyev, Sabir Hacıyev rəsmi qonaqlar və kənd sakinləri iştirak ediblər.
Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti və Milli Məclisin deputatı Rauf Əliyev, deputatlar Arzu Nağıyev, Sabir Hacıyev çıxış ediblər.
Tədbirdə çıxış edənlər 27 sentyabr 2020-ci tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsində torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər, zabitlərimizin və qazilərimizin qanı və canı bahasına işğaldan azad olunması və onların xatirəsi Azərbaycan xalqının xatirəsində əbədi yaşayacağını diqqətə çatdırıblar.Eyni zamanda çıxış edənlər “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsinin ölkəmizin müxtəlif bölgələrində uğurlu şəkildə həyata keçirildiyini vurğulayıblar. Məktəblilər arasında futbolun inkişafı üçün dövlətimiz tərəfindən yaradılan hər cür şəraitin yüksək səviyyədə olmasının futbolumuzun yaşamasına təkan verdiyini qeyd ediblər.
Daha sonra tədbirdə iştirak edən məktəblilərə futbola marağı artırmaq məqsədi ilə idman geyimləri və futbol topları hədiyyə edilib.
Baxış sayı: 429