Azadsöz.az xəbər verir ki, Göyçay rayonunda koronavirus (COVİD-19) epidemiyasına qarşı tibbi-profilaktik, dezinfeksiyaedici tədbirlər həyata keçirilməkdədir. Tətbiq olunan qrafik əsasında Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin işçiləri tərəfindən 16 oktyabrda Göyçay Bayraq Muzeyinin sərgi zalı, inzibati və yardımçı otağı koronavirusa qarşı dezinfeksiya edilib.
Qeyd edək ki, rayonda pandemiyaya qarşı mübarizə tədbirləri təhlükə qurtaranadək davam edəcək.