Azadsöz.az xəbər verir ki, “Google” axtarış saytının əsas səhifəsi Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 illiyinə həsr edilib.
Azərbaycanın bayrağını klik edəndə “Azərbaycanda Müstəqilliyin Bərpası Günü” ilə bağlı məlumatların yer aldığı səhifələrə keçid baş verir.
Qeyd edək ki, dudl Google axtarış saytının əsas səhifəsində əlamətdar hadisələr münasibəti ilə yaradılan xüsusi açıqcaların adıdır.