Azadsöz.az xəbər verir ki, “20th Century Studios” “Evdə tək” filminin remeykinin treylerini yayımlayıb.
Ekran işində baş rolu 12 yaşlı aktyor Arçi Yeyts canlandırıb. Filmin premyerasının 12 noyabrda keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, Arçi daha əvvəl “Coco dovşan” filmində oynadığı obrazla tanınıb.
Qeyd edək ki, orijinal “Evdə tək” 1990-cı ildə işıq üzü görüb. Makaley Kalkinin baş rolda çəkildiyi ekran işi ABŞ tarixində ən yüksək gəlirli Milad bayramı filmi olub. Ekran işi “Oskar” və “Qızıl qlobus”a layiq görülüb.
Bunun ardından “Evdə tək-2: Nyu-Yorkda itirilmiş”, “Evdə tək-3”, “Evdə tək-4” və “Evdə tək-5: Bayram soyğunu” çəkilib.