19 Sentyabr 2024 20:04

Bakıda yük maşını sərnişin avtobusu ilə toqquşdu-5 ölü, 20 yaralı YENİLƏNİB: FOTO

Azadsöz.az  xəbər  verir  ki, Heydər Əliyev Beynəlxalq Hava Limanı Mərdəkan yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.Bakıda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 20 nəfər xəsarət alıb.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə aeroport yolunda baş verən yol nəqliyyat hadisəsində saat 08:00 olan məlumata əsasən 20 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya (7-nəfər KTM, 13 nəfər – 3 saylı KŞX-ya) çatdırılıb.

Qeyd edək ki, ilkin məlumata görə, qəza nəticəsində hadisə yerində 5 nəfər həlak olub.

***
09:00

Azadsöz.az  xəbər  verir  ki, Heydər Əliyev Beynəlxalq Hava Limanı Mərdəkan yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.Bakı Nəqliyyat Agentliyinin məlumaatına  əsasən, Mərdəkan istiqamətində hərəkətdə olan 99 DH 343 DQN-lı “Mercedes” markalı yük avtomobili “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan,  171 nömrəli müntəzəm marşrut xətti üzrə 10 TH 116 DQN-lı sərnişin avtobusuna çırpılıb. İlkin məlumata görə, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Belə ki, sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə avtobus da aşıb. 

Qəza nəticəsində sərnişinlər arasında ölən və xəsarət alanlar var.

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com