27 İyul 2024 04:30

“Mançester Yunayted” futbolçu Bruno Fernandeşlə bağlı qərar verdi

Azadsöz.az  xəbər  verir  ki, “Mançester Yunayted” futbolçusu Bruno Fernandeşlə müqaviləsini yeniləməyə hazırlaşır. 

Bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb. Tərəflərin sözləşməni uzatmaq üçün danışıqlar apardığı bildirilib. Klub 27 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə bağlamağı planlaşdırır. 

Qeyd edək ki, Bruno bu mövsüm 7 matçda 4 qol vurub.