Azadsöz.az xəbər verir ki, 09 oktyabrda 44 günlük Vətən Müharibəsində şəhid olan Potu kənd sakini, Kərimli Orxan Akif oğlunun adına tikilmiş xatirə bulağının açılışı olub.Tədbirdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, din xadimləri, kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər və digər məsul şəxslər iştirak edib. Göyçayda Şəhidlər Xiyabanında uyuyan şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Daha sonra şəhidin adının əbədiləşdirilməsi məqsədi ilə yaşadığı evin qarşısında inşa olunmuş bulaq kompleksinin açılışı olub.Açılışda iştirak edənlər Orxan Kərimlinin döyüş yolundan, qəhrəmanlıq əzmkarlığıdan danışıblar.Çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində 30 ilə yaxın həsrət qaldığımız torpaqlarımızı işğaldan azad etdiyini vurğulayıblar.
Tədbirin sonunda şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə, İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə təşəkkürünü bildiriblər.
Xatırladaq ki, oktyabrın 9-da Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Orxan Kərimli ölümündən sonra Prezident İlham Əliyevin 15.12.2020-ci il, 18.12.2020-ci il, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, “Vətən uğrunda” , “Cəsur döyüşçü” , “Qubadlının azad olunmasına görə” və Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.