Azadsöz.az xəbər verir ki, bu gün Azərbaycan kinoaktrisası, Azərbaycan Respublikasının xalq artisti (2007), Prezident təqaüdçüsü (2004) Nuriyyə Əhmədovanın anım günüdür.Nuriyyə Əliağa qızı Əhmədova 1950–ci il 26 dekabrda Bakıda (bəzi mənbələrə görə Şəkidə) anadan olub.1970–1974- ci illərdə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda aktyorluq fakültəsində təhsil alıb İlk əmək fəaliyyətinə 1968-ci ildə Musiqili Komediya Teatrında başlayıb. Kinoya ilk gəlişi 1982–ci ildə “Mozalan” süjetlərində çəkildikdən sonra olub. 2007-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülüb.
Aktirisanın iki övladı olub.İlk övladı olan qızı İlahə 20 yaşında qətlə yetirilib, ikinci övladı olan oğlu Əli isə 37 yaşında xərçəng xəstəliyindən vəfat edib. Qız övladından Faiq İbadzadə adlı nəvəsi var.
Nuriyyə Əhmədova 10 oktyabr 2015-ci ildə ürək tutmasından Bakıda vəfat edib.Vəsiyyətinə əsasən Şüvəlan qəbiristanlığında oğlunun və qızının məzarlarının yanında dəfn olunub.
Azadsöz.az xalq artistimizin çəkildiyi filmləri sizlərə təqdim edir:
20+1 (film, 1986) (qısametrajlı bədii süjet – Mozalan № 105)
777 №-li iş (film, 1992) (tammetrajlı bədii film)
Adi əhvalat (film, 1991) (qısametrajlı bədii süjet – Mozalan № 161; rol: sakin)
Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film; səsləndirən: Daşa)
Anlamaq istəyirəm (film, 1980) (ikiseriyalı bədii film; dublyaj: Bikə)
Araqarışdıran (film, 1987)
Arşınmalçı (film, 1985)
Aşkarsızlıq şəraitində… (film, 1986)
Bağ mövsümü (film, 1985)
Bala-başa bəla! (film, 1995)
Balqabaq (film, 2007)
Belə də olur (film, 1988)
Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996)
Bəxt üzüyü (film, 1991)
Bəxtəvər (film, 1984)
Bəyaz həyat (film, 2003)
Bəyin oğurlanması (film, 1986)
Bir axşam… (film, 1985)
Bircəciyim (film, 1986)
Burulğan (film, 1986)
Cavanşir (film, 2002)
Cəza (film, 1986)
Dəvətnamə (film, 1989)
Diviziya komandiri Naxçıvanski (film, 1982)
Dünən, bu gün, sabah (film, 1992)
Evlənmək istəyirəm (film, 1983)
Evləri göydələn yar (film, 2010)
Əbədi mühərrik (film, 1985)
Fransız (1995)
Gecə qatarında qətl (film, 1990)
Halal pullar (film, 2008)
Heydər Əliyev (film)
Hədiyyə (film, 1986)
Həm ziyarət, həm ticarət… (film, 1995)
Hər şey yaxşılığa doğru (film, 1997)
Hökm (film, 1994)
Humayın yuxusu (film, 1985)
İntihar (film, 1991)
Jonqlyor (film, 1986)
Kişi sözü (film, 1987)
Kitabi Dədə Qorqud. Basat və Təpəgöz (film, 2003)
Komediya səhnəsi (veriliş, 2009)
Köhnə bərə (film, 1984)
Kölgədə 40 dərəcə isti (film, 1987)
Köpək (film, 1994)
Qara “Volqa” (film, 1994)
Qarət (film, 1990)
Qeyri-adi ov (film, 1976)
Qəm pəncərəsi (film, 1986)
Qətl günü (film, 1990)
Qəzəlxan (film, 1991)
Layiqli namizəd (film, 1984)
Lovğa fil balası (film, 1987)
Mastika (film, 1986)
Meyl (film, 1988)
Milli bomba (film, 2004)
Ölsəm… bağışla (film, 1989)
Ömrün yolları (film, 1982)
Özgə ömür (film, 1987)
Sahilsiz gecə (film, 1989)
Seans (film, 1988)
Səhər (veriliş, 1995)
Söhbətül-əsmar (film, 1994)
Su bulandıranlar (film, 1991)
Süd dişinin ağrısı (film, 1987)
Sükut pozuntusu (film, 2014)
Şahid qız (film, 1990)
Şirbalanın məhəbbəti (film, 1991)
Təhminə (film, 1993)
Tək olanda qorxma… (teleserial, 2013)
Telefon macəraları (film, 1990)
Təxribat (film, 1990)
Tutuquşu (film, 1985)
Ümid (film, 1992)
Vərdiş (film, 1988)
Vəssəlam-şüttəmam (film, 1990)
Yaramaz (film, 1988)
Yaşıl eynəkli adam (film, 1987)
Yeni həyat (film, 2005)
Yenilik (film, 1986)
Yerlə göy arasında (film, 1999)
Yol yoldaşları (film, 2003)
Yoxlama (film, 2006)
Yumurta (film, 2003)
Yuxu (film, 2001)
Zirzəmi (film, 1990)