Azadsöz.az xəbər verir ki, 2 noyabr tarixində hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən əldə etdiyi məlumata görə, həmin tarixdə 21 nəqliyyat vasitəsi satışa çıxarılacaq.
Hərraca çıxarılan nəqliyyat vasitələrinin başlanğıc qiyməti 2000 manat olacaq və 10 000 manata qədər davam edəcək.
Keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər xidmətin rəsmi saytına və ya özəlləşdirmə portalına daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib, sifarişçi statusu ala bilərlər.
Hərrac günü hər kəs Elektron Xidmətlər Portalında “Elektron hərrac” bölməsini seçərək özəlləşdirməyə qoşula bilər.
Sifarişlər hərracın keçirilməsinə ən gec üç bank günü qalanadək qəbul olunacaq.