Azadsöz.az xəbər verir ki, “Facebook”, “Instagram” və “WhatsApp” tətbiqlərinə problem yaşanıb.
Məsələ ilə bağlı sosial şəbəkələr açıqlama yayıb.
Açıqlamada deyilir: “İstifadəçilərimizin tətbiqlərimizə daxil olmaqda problem yaşadıqlarının fərqindəyik. Problemi ən qısa zamanda həll etmək üçün çalışırıq və yaranmış narahatlığa görə üzr istəyirik”.
Qeyd edək ki, artıq “TikTok” platformasında da problemlər yaşanır.