Azadsöz.az xəbər verir ki, 1 oktyabrda 44 günlük Vətən Müharibəsində şəhid olan Göyçayın Ləkçılpaq kənd sakini, Elvin Mübariz oğlu Məmmədovun ildönümü məzarı önündə qeyd olunub.Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, dindarlar, ağsaqqallar və kənd sakinləri iştirak ediblər. Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Tədbirdə çıxış edən rayon rəhbəri Mehdi Səlimzadə şəhidimizin keçdiyi döyüş yolundan, qəhrəmanlıq əzmkarlığından danışıb.Sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində güclü həmrəyliyin, Azərbaycan xalqının böyüklüyünün və müdrikliyinin bir daha şahidi olduğumuzu vurğulayıb.İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində 30 ilə yaxın həsrət qaldığımız torpaqlarımızı azad etməklə gücümüzü dünyaya bir daha sübut etdiyimizi diqqətə çatdırdı.
Bununla yanaşı tədbirdə iştirak edənlər şəhidimizlə bağlı xatirələrini bölüşüblər.Tədbirin sonunda şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə, İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə təşəkkürünü bildiriblər.