Azadsöz.az xəbər verir ki, İrlandiya yığmasının DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla oyun, eyni zamanda Qətərlə yoldaşlıq görüşü üçün heyəti açıqlanıb.
Baş məşqçi Stiven Kenni 26 futbolçuya dəvət göndərib.
Qapıçılar: Qavin Bazunu (“Mançester Siti”), Kuivin Kelleher (“Liverpul”), Mark Travers (“Bornmut”)
Müdafiəçilər: Mett Doerti (“Tottenhem”), Sayrus Kristi (“Fulhem”), Şeyn Daffi (“Brayton”), Con İqan (“Şeffild Yunayted”), Enda Stivens (“Şeffild Yunayted”), Ceyms Makkleyn (“Uiqan”), Rayan Manninq (“Suonsi”), Andryu Omobamidele (“Norviç”), Natan Kollins (“Bernli”)
Yarımmüdafiəçilər: Konor Hurihan (“Aston Villa”), Coş Kallen (“Anderlext”), Ceff Hendrik (“Nyukasl”), Ceyson Nayt (“Derbi Kaunti”), Cemi Makqrat (“Sent-Mirren”), Harri Arter (“Nottingem Forest”)
Hücumçular: Kallum Robinson (“Vest Bromviç”), Aaron Konnolli (“Brayton”), Ceyms Kollins (“Kardiff”), Daril Horqan (“Uikom Uonderers”), Adam Ayda (“Norviç”), Troy Parrott (“Tottenhem”), Çidozi Oqbene (“Roterhem Yunayted”)
Qeyd edək ki, oktyabrın 9-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – İrlandiya matçı saat 20:00-da başlanacaq.