Azadsöz.az xəbər verir ki, 29 sentyabrda Göyçayda Heydər Əliyev Mərkəzində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göyçay nümayəndəliyinin təşkilatçılığı ilə Zəfərimiz” layihəsi çərçivəsində görüş təşkil olunub.44 günlük Vətən Müharibəsində igidlik göstərib qazi olan İlkin Məmmədovla gənclərin görüşü böyük marağa səbəb olub.
İlk olaraq, birinci və ikinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Daha sonra Vətən Müharibəsi zaman Azərbaycan Ordusunun igidlərinin döyüş meydanında göstərdikləri qəhrəmanlığı özündə əks etdirən videoçarxa baxılıb.
Qazimiz İlkin Məmmədov gənclərin qarşısında çıxış edərək, özü haqqında məlumat verib.Vətən Müharibəsi zamanı olduğu döyüşlərdən, müharibənin təəssüratlarından, harada və necə yaralanmasından söhbət açıb.Azərbaycan Ordusunun peşəkarlığını diqqətə çatdıran qazimiz mənfur düşmənin döyüş meydanından qorxaraq nece qaçdığını vurğulayıb.
İlkin Məmmədov yalnız özü haqqında danışmaqla kifayətlənməyərək, onunla döyüşdə çiyin-çiyinə vuruşan və bu gün həyatda olmayan, ali şəhidlik zirvəsinə ucalan döyüş dostlarından böyük ehtiramla danışıb.Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin qorunmasında vətənpərvərlik tərbiyəsinin yeri və rolunun əvəzsiz olduğunu bildirən qazimiz tarix yazan igidlərimizi gəncliyimizin böyük töhfəsi adlandırıb.