Azadsöz.az xəbər verir ki, 29 sentyabrda 44 günlük Vətən Müharibəsində şəhid olan Potu kənd sakini, İntiqam Bəxtiyar oğlu Şirəliyevin ildönümündə adına tikilmiş xatirə bulağının açılışı oldu.Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, din xadimləri, şəhidin ailə üzvləri, qazilər və digər məsul şəxslər iştirak edib.Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Tədbirdə çıxış edən rayon rəhbəri Mehdi Səlimzadə şəhidimizin keçdiyi döyüş yolundan, qəhrəmanlıq əzmkarlığından danışıb.sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində güclü həmrəyliyin, Azərbaycan xalqının böyüklüyünün və müdrikliyinin bir daha şahidi olduğumuzu vurğulayıb.Tədbirdə çıxış edənlər İntiqam Şirəliyevlə bağlı xatirələrini bölüşüblər.
Tədbirin sonunda şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə, İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə təşəkkürünü bildiriblər.
Qeyd edək ki, Azərbaycan Ordusunun baş əsgəri olan İntiqam Şirəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə döyüşüb.Sentyabrın 29-da Murovdağda gedən döyüşlər zamanı şəhid olub. Göyçayın Potu kəndində dəfn olunub.
Prezident İlham Əliyevin 15.12.2020-ci il, 18.12.2020-ci il , 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, İntiqam Şirəliyev ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Kəlbəcərin azad olunmasına görə”medalları ilə təltif edilib.