Azadsöz.az xəbər verir ki, 28 sentyabrda Göyçayda Heydər Əliyev Mərkəzində 27 sentyabr- Anım Günü ilə bağlı Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göyçay üzrə nümayəndəliyində Göyçay Gəncləri üçün “Dolu” filmi nümayiş olunub. Filmin nümayişindən öncə 44 günlük Vətən Müharibəsində və 1-ci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizın ruhu bir dəqiqəlik sükutla yad edilib.
Qeyd edək ki, Qarabağ müharibəsi mövzusunda çəkilən “Dolu” filmi müharibənin dəhşətlərini, dövrün ictimai-siyasi proseslərini yeni nəslə çatdıran, gəncliyin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb edən uğurlu ekran əsəri hesab olunur.