Azadsöz.az xəbər verir ki, bu gün Şəhid Xəyyam Hüseynovun birinci ildönümüdür. Hüseynov Xəyyam Hüseyn oğlu 1996-cı il də Göyçayın Məlikkənd kəndində anadan olub.Şəhidimizin ildönümü kənddə məzarı önündə qeyd edilib. Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı, Milli Məclisin deputatı, şəhidin ailə üzvləri, dindarlar, ağsaqqallar və kənd sakinləri iştirak ediblər.
Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.Bir dəqiqəlik sükutla şəhidlərimiz yad olunduqdan sonra çıxış edənlər 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək, şəhidlik zirvəsinə ucalan Xəyyam Hüseynovun döyüş yolundan danışıblar.Şəhdimizlə bağlı xatirələrini bölüşüblər.
Tədbirin sonunda şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə, İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə təşəkkürünü bildiriblər.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olan Xəyyam Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə döyüşüb. Xəyyam Hüseynov sentyabrın 27-də Suqovuşan döyüşləri zamanı şəhid olub.Göyçayda doğulduğu Məllikənd kəndində torpağa tapşırılıb.
Azərəaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin 15.12.2020-ci il, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyyam Hüseynov ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə”medalları ilə təltif edilib.