24 Noyabr 2024 21:14

Zemfira Səfərovanın yeni nəşrlərinin təqdimatı keçirilib

Azadsöz.az xəbər verir ki, Üzeyir Hacıbəyli adına XIII Beynəlxalq Musiqi Festivalının sonuncu günü Azərbaycan Bəstəkarlar İttifaqında da qeyd olundu. Görkəmli musiqişünas-alim, akademik, əməkdar incəsənət xadimi, professor Zemfira Səfərovanın yeni kitablarının təqdimat mərasimi keçirilib.Tədbir ABİ-nın Ü.Hacıbəyli adına Konsert salonunda baş tutub.

Təqdimat mərasimində Z.Səfərovanın elmi fəaliyyəti, Azərbaycan elminə, musiqişünaslığına verdiyi layiqli töhfələr haqda söz açan çıxışlar və məruzələr musiqi nömrələri ilə növbələşirib.Azərbaycan Bəstəkarlar İttifaqının sədri, bəstəkar, AMEA-nın üzvü, Xalq artisti Firəngiz Əlizadə açaraq tədbir iştirakçılarını salamladı. İlk söz AMEA-nın Vitse-prezidenti, akademik İsa Həbibəyliyə verilib.

O, çıxışında Z.Səfərovanı seçdiyi sahəyə böyük məsuliyyətlə, tələbkarlıqla, sevgi və maraqla yanaşan dəyərli alim kimi səciyyələndirdi. AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, sənətşünaslıq üzrə elmlər doktoru, professor Ertəkin Salamzadə görkəmli musiqişünasın elmi fəaliyyətinin bir sıra xüsusiyyətini açıqladı. Əməkdar incəsənət xadimi, professor Tariyel Məmmədov Z.Səfərovanın nəşr etdirdiyi silsilənin əhəmiyyəti, son buraxılışda rus dilinə də önəm verilməsindən, silsilənin maarifləndirici önəmindən söz açdı. Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ülkər Talıbzadə “Ü.Hacıbəyli dühası akademik Zemfira Səfərovanın yaradıcılığında” mövzusunda məruzəsini Z.Səfərovanın Üzeyir Hacıbəyli sənətinə və musiqisinə xüsusi məhəbbətlə və diqqətlə yanaşan, bu sənətə bənd olan həqiqi üzeyirşünas alim kimi cəhətlərinə həsr etdi. Son məruzə musiqişünas-publisist, Bakı Musiqi Kollecinin və Bülbül adına Orta İxtisas musiqi məktəbinin müəllimi Rəhilə Abbasovanın “Şuşa – Azərbaycan musiqisinin istinadgahıdır ” adlı çıxışında səsləndi və xalqının irsi fitri musiqi istedadına, Şuşa şəhərinin misilsiz musiqi diyarı və zəngin musiqi-mədəni ənənələrin vətəni kimi əhəmiyyətinə həsr olunub.

Təqdimatın ikinci hissəsində Qədim Musiqi Alətləri Dövlət Ansamblının ifasında “Naxış-bəstə”, “Heydərnamə” kompozisiyaları, beynəlxalq müsabiqələr laureatı Fəqan Həsənlinin solo ifasında Ü.Hacıbəylinin “Sənsiz” qəzəl-romansı (G.Burşteynin fortepiano üçün işləməsində) və “Vaqif Mustafazadənin” “Mart” əsərinin mövzusuna kompozisiya, Xalq artisti, soprano müğənni Gülnaz İsmayılovanın ifasında Ü.Hacıbəylinin vokal əsərləri səslənib.

Tədbirin sonunda Z.Səfərova Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadəyə və tədbir iştirakçılarına təşəkkürünü bildirib.
 

 

 

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul