Azadsöz.az rəsmi saytına istinadən xəbər verir ki, “Bavariya” -nın 26 yaşlı yarımmüdafiəçisi Leon Qoretska ilə 5 illik yeni müqavilə imzalanıb. Lakin müqavilənin maliyyə detalları açıqlanmayıb.Ancaq Almaniya mətbuatı onun maaşını illik 12-15 milyon avro olacağını yazıb.
Qeyd edək ki, Qoretska 2018-ci ildən Münhen təmsilçisində oynayır. O, ötən mövsüm bütün turnirlərdə 32 matçda 8 qol vurub və 7 qolun ötürməsini verib.